DİN dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə rəsmi məlumat yayıb

Daxili İşlər Nazirliyi dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə rəsmi məlumat yayıb. Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 27-də saat 17.00 radələrində Ağcabədi rayonu ərazisində rayon sakini Afiq Əhmədov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu Araz kanalına aşırıb.

Nəticədə, A.Əhmədov və sərnişinləri Lətafət Əhmədova, Sərya Quliyeva və Qönçə Əhmədova suda boğulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31