Gülər Əhmədovanın səhhəti pisləşib
"Videoda mənim səs tembirimdən istifadə ediblər"
28 Oktyabr 2013 16:48 Kriminal"Elşad Abdullayev məni təxribata çəkir". Bu sözləri sabiq millət vəkili Gülər Əhmədova Bakı Ağır Cinayətlər məhkəməasində bu gün baş tutan məhkəmə prosesi zamanı söyləyib. Onun sözlərinə görə, viedeodakı səs ona məxsus deyil: "Videoda mənim səs tembirimdən istifadə ediblər".
Nahar fasiləsindən sonra davam etdirilən məhkəmə prossesi zamanı Gülər Əhmədovanın səhhətində problem yaranıb. O, danışa bilməyib, fikirlərini ifadə etməkdə çətinlik çəkib, dərman qəbul edib. Həkimlərin müttəhimə tibbi yardım göstərməsi üçün hakim yarım saatlı fasilə elan edib. Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prossesinə 31 oktyabr tarixində, Bakı Ağır Cinayətlər məhkəməsində yenidən baxılacaq. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31