Bakı yaxınlığında iş adamı oteli əxlaqsızlıq yuvasına çevirib

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları daha bir oteldə əxlaqsızlıq yuvasının saxlanması faktını müəyyən edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisindəki "Ağ Hotel" mehmanxanasında icarədar Məhəmməd Həsənovun orada əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Lent.az
Qeyd edək ki, keçən həftə Abşeron rayonu ərazisində başqa bir mehmanxananın - Masazır qəsəbəsindəki "Romi" otelində də əxlaqsızlıq yuvasının təşkil edilməsi faktı müəyyən edilmişdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31