Tərtər və Balakəndə “Xaş-xaş-2013” əməliyyatı keçirilib

Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2013" şərti adlı əməliyyat tədbiri həyata keçirilib. "OLAYLAR"-ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasina istinadən verdiyi xəbərə görə, əməliyyat axtarış tədbirləri nəticəsində Tərtər rayonunun inzibati ərazisində 420 ədəd, ümumi çəkisi 345 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Dövlət Komissiyasının digər bir məlumatına əsasən anoloji tədbir Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən də həyata keçirilib. Əməliyyat axtarış tədbirləri nəticəsində Balakən rayonunun inzibati ərazisində  2800 ədəd, ümumi çəkisi 1 ton 500 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib. Hər iki rayonda aşkar edilmiş çətənə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31