Gülər Əhmədova: "KİV-lər məni bin Laden səviyyəsinə gətirib"
"Heç bir sakitləşdirici və keyləşdirici dərman qəbul etmədən öz sərbəst ifadəmi yazmışam"
28 Oktyabr 2013 15:16 Kriminal"Mənim cinayət işimdə 3 tona qədər qəzet materialı var". Bu sözləri adı ADU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan, sabiq deputat Gülər Əhmədova Bakı Ağır Çinayətlər məhkəməsində baş tutan məhkəmə baxışı zamanı söyləyib. Məhkəmə qarşısında sərbəst ifadə verən sabiq deputat Gülər Əhmədova kütləvi informasiya vasitələrinin onu ictimai fikirdə "Bin Ladin" səviyyəsinə gətirdiklərini söyləyib.
Sabiq deputat həmçinin barəsində qaldırılan ittihamları qəbul etmədiyini də deyib: "Haqqımda qaldırılan cinayət məcəlləsinin 178.2-178.3 və 307.2 maddələri ilə qətiyyən razı deyiləm. Mandatımdan toxunulmazlığımdan imtina etdim. Elşad Abdullayevi üzləşməyə çağırdım amma o gəlmədi".