Bakıya gətirilən yağ qablarından külli miqdarda barıt çıxdı

Rusiyadan Bakıya gələn “DAF” markalı yük maşınından külli miqdarda partlayıcı maddə aşkarlanıb

Ötən gün axşam saatlarında Rusiyanın Samara şəhərindən Bakıya gələn "DAF" markalı yük maşınından külli miqdarda partlayıcı maddə aşkarlanıb. Samur keçid məntəntəqəsinin gömrük inspektoru Azər Qurbanzadənin  yük maşınını İslam İsrafilov adlı şəxs idarə edib. O, Rusiyadan Bakıya şirniyyat gətirirmiş.
Sərhəd nəzarəti və Gömrük baxışı zamanı yük avtomobilində şübhəli əşyaların olduğu güman edilib. Hadisə yerinə xüsusi təlim keçən itlər və mütəxəssislər cəlb olunub. Yük avtomobilinin ehtiyat yerinə baxış zamanı 3 qutuda, ümumi çəkisi 50 kiloqram olan güclü partlayıcı qabiliyyətinə malik barıt aşkarlanıb.
Sürücü dindirilmə zamanı partlayıcılardan məlumatsız olduğunu bildirib. Sürücünün sözlərinə görə, ona bu qutuları tanışı verib. Sürücü elə bilib ki, qutuların içində yağ var.
Toplanmış matreallar DGK-nin istintaq idarəsinə göndəriləcək. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31