Cəzaçəkmə müəssisəsinə marixuana keçirmək istədi
28 Oktyabr 2013 12:46 KriminalPenitensiar xidmətin və 17 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elxan Əjdər oğlu Qurbanovun yanına qisa müddətli görüşə gəlmiş Nicat Əmirxan oğlu Məmmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı şalvarının sağ cibindən gümüşü rəngli kağıza bükülmüş, yaşıl rəngli spesfik iyə malik olan bir ədəd bükümdə, xalis çəkisi 0,48 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.