Təqsirləndirilən şəxsdən telefon aşkar edilib
28 Oktyabr 2013 12:44 KriminalPenitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs İlkin İlham oğlu Məmmədovun kamerasına və üzərinə baxış keçirilən zaman televizorun içərisində gizlədilmiş daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31