İki vəzifəli şəxs tutuldu
28 Oktyabr 2013 12:40 KriminalDövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyevin, şöbənin baş məsləhətçisi Yusif Dadaşovla qabaqcadan əlbir olub rayon sakinindən 10.0 min manat rüşvət almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Oktay Quliyev və Yusif Dadaşov iş üzrə qeyd edilən maddələrlə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31