Ötən gecə məcburi köçkün ailələrindən biri darmadağın oldu: 4 ölü
Gecə saatlarında ağır qəzaya uğrayan ailənin 99 yaşlı üzvü də hadisə yerində dünyasını dəyişb
28 Oktyabr 2013 12:22 KriminalÖtən gecə Ağcabədidə baş verən dəhşətli yol qəzası bir ailəni darmadağın edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün olan 1985-ci il təvəllüdlü Afiq Asif oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Mehrablı kəndi yaxınlığında idarəetməni itirərək çevrilib və su kanalına düşüb.
Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən dördü ölüb. Ölənlər sürücü, onun anası 1963-cü il təvəllüdlü Lətafət Eliş qızı Əhmədova, sürücünün nənəsi 1914-cü il təvəllüdlü Səriyyə Əhmədalı qızı Quliyeva və nənəsinn bacısı 1934-cü il təvəllüdlü Qönçə Əhmədalı qızı Əhmədova olub. Maşında olan digər şəxs - sürücünün qohumu Rəşid Əyyub oğlu Əhmədov isə ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.