Azərbaycanda uşaq faciəsi: ölümün nə olduğunu bilmirdi, amma ölümə getdi

Uzun illərin təcrübəli istintaqçıları da belə bir ölümün olmasına inanmaq istəmirlər. Daşkəsən rayonunda anası tərəfindən tövlədə meyiti tapılmış 9 yaşlı uşağın faciəsi eşidənləri dəhşətə gətirir.

Dünən Pirverdilər kəndində 3-cü sinif şagirdi Leqman Abbasovu anası yaşadığı evin həyətindəki tövlədə asılmış vəziyyədə görüb. "Çox acınacaqlı durumdur. Heç özüm də intiharın nə olduğunu belə bilməyən uşağın özünü öldürməsinə inanmaq istəmirəm. Bizə də müəmmalıdır", - deyə Daşkəsən rayon prokuroru Elman Süleymanov azyaşlının özünü öldürməsi ilə bağlı bunları dedi. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31