Gülər Əhmədova: “Mənim 8 yaşlı uşağım var, o, anasız böyüyür” - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovaya qarşı növbəti məhkəmə prosesi başlayıb. Modern.az xəbər verir ki, ötən məhkəmədə Gülər Əhmədova haqqında seçilmiş həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəmişdi: "Mənim evimdə 8 yaşlı uşağım var. O, anasız böyüyür. Ev dustaqlığını sadəcə, balama görə istəyirəm ki, o anasız böyüməsin".

Lakin ev dustaqlığı ilə bağlı iddia təmin olunmayıb.

Xatırladaq ki, Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31