Bakıya qızını axtarmağa gələn rusun kədərli sonu

Qızı tərəfindən atılan kişi küçədə dünyasını dəyişib

Bakının Binəqədi rayonu ərazisində meyit tapılıb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Azadlıq prospektində yaşı təxminə 50 olan rus əsilli kişi meyiti tapılıb. Onun bu vaxtadək Zorge parkında bomj kimi yaşadığı bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxs Ruslan adlı rusdur. O, bu ilin yay aylarında Moskvadan Bakıya gəlibmiş. Onun Bakıya gəlməsiin səbəbi isə qızını tapmaq olub. Ruslanın qızı bir neçə il bundan qabaq Bakıya gəlibmiş. Dinara adlı xanım paytaxta işləməyə gəlsə də, sonradan bir nəfərlə tanış olub və evlənib. Qız ərə gedəndən sonra atası ilə əlaqəni kəsib. Ruslan qızını tapmaq üçün bura gələndə, Dinaranı Bakıda çox imkanlı ailədə yaşadığını görüb və sevinib. Lakin 50 yaşlı atanın sevinci çox çəkməyib.  Qızı onu valideyn kimi istəmədiyini deyib. Ruslan bu səbəbdən dərdə düşüb. İçərək keflənən Ruslan günlərin bir günü qarət olunub. Əlindəki pulun oğurlanması və qızının onu atması onu həyatdan tamam küsdürüb.  Ətrafda yaşayanlar deyirlər ki, Ruslan hər gün dilənib aldığı pullara çörək və araq alırmış. Sonra da içib küçədə yatıbmış. Onun meyiti tapılarkən başından qan axıb. Ehtimal olunur ki, Ruslan keflənib yerə yıxılıb. Başı harasa dəydiyi üçün qanayıb. Onun ölüm səbəbi isə aparılacaq tibbi ekspertizadan sonra məlum olacaq.  Faktla bağlı araşdırma aparılır.ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31