Gülər Əhmədova vəkillərinin biri ilə müqaviləyə xitam verdi
Zülfiyyə Bayramova: "İstintaq bitdikdən sonra muqavilə muddəti də bitir"
25 Oktyabr 2013 17:40 KriminalAdı ADU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan, sabiq deputat Gülər Əhmədova vəkillərinin biri ilə müqaviləsinə xitam verdi. Hüquq müdafiəçisi Zülfiyyə Bayramovanın sözlərinə görə, Gülər Əhmədova istintaq müddətində hüquqlarını qoruyan vəkili Raqif Mustafayevlə yeni müqavilə imzalamayıb. Onun sözlərinə Gülər Əhmədovanı məhkəmədə vəkil Əfsər Talıbov müdafiə edəcək: "İstintaq bitdikdən sonra muqavilə muddəti də bitir və tərəf məhkəmə müddətində ya köhnə vəkili ilə yənidən müqavilə bağlayır, ya da onu yenisi ile əvəz edir. Bu onun hüququdur. Gülər Əhmədova köhnə vəkili R.Mustafayevlə müqaviləni davam etdirməyib".
Qeyd edək ki, sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə baxışı 28 oktyabr,10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.