Ağsuda sel aparan 37 yaşlı kişinin meyidi tapılıb

Ağsuda güclü yağışlar zamanı sel aparan 37 yaşlı kişinin meyidi tapılıb. Bu barədə məılumatı "OLAYLAR"a rayon sakinləri məlumat verib . Məlumata görə, mərhumun meyidi hadisədən bir gün sonra Ağsu çayının aşağı hissəsindən tapılıb ailə üzvlərinə təhvil verilib. Mərhumun meyidi iyulun 9-da axşam saatlarında tapılıb dəfn edilib.
Qeyd edək ki, iyulun 8-də axşam saatlarında rayonun bir hissəsinə güclü yağış və dolu düşüb. Təbii fəlakət nəticəsində  Ağsu çayına gələn güclü sel Kalva kənd sakini, 1975-ci il təvəllüdlü Məmmədov Elvin Ağasəlim oğlunu atla birlikdə çayı keçərkən aparıb. Mərhum 2 uşaq atası olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31