“Nissan”da sıxılmış vəziyyətdə qalmış sürücü xilas edildi
25 Oktyabr 2013 14:11 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 296-cı kilometrliyində Yevlax rayonu ərazisində "Nissan" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğramış, "Nissan" markalı minik avtomobilin sürücüsü xəsarət almış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxırmış və aidiyyəti üzrə təhvil verilib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.