Rusiyadan Şerbakov açıqlaması

"Nə Şerbakov, nə də onun sənədləri ilə bir başqa şəxs “Vnukovo” aeroportunda saxlanılmayıb”

Rusiya tərəfi oktyabrın 10-da Biryulevoda öldürülən Yeqor Şerbakovun sağ olması ilə bağlı yayaılan iddialara aydınlıq gətirib. ANS PRESS-in "Dojd"a istinadən verdiyi məlumata görə, "Vnukovo" aeroportunun mətbuat xidmətinin rəhbəri Elena Krılova yayılan xəbərlə bağlı açıqlama verərək bu informasiyanın yanlış olduğunu bildirib.
"Azərbaycan mətbuatı yaxşı iş görmür. Nə Şerbakov, nə də onun sənədləri ilə bir başqa şəxs "Vnukovo" aeroportunda saxlanılmayıb".
Xatırladaq ki, "Müsavat" Y. Şerbakovun sağ olması, Varşavaya gedərkən Vnukovo" aeroportunda saxlanması, həmçinin sevgilisi Kseniya Popovanın iki gün əvvəl Parisə uçması ilə bağlı xəbər yaymışdı.
Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov oktyabrın 15-də saxlanılıb. Onu qətldə ittiham etsələr də, özü belə bir cinayəti törətmədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31