Şadlıq evində dəhşətli hadisə - TƏFƏRRÜAT

Hacıqabul rayonunda şadlıq sarayında baş vermiş faciəvi hadisənin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, "Aynur" şadlıq sarayında əlində fişəng partlayan Məhəmməd Abdullayevin sağ qolu hadisədən dərhal sonra amputasiya edilib.

Polisdən bildirilib ki, Şirvan şəhər sakini, 42 yaşlı M.Abdullayev toy məclisi zamanı sərxoş vəziyyətdə fişəng partlatmağa çalışıb. Lakin fişəng qəfil açılıb və M.Abdullayevin əlində partlayıb. Yaralı dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31