Bakıda şagird yoxa çıxıb

Şəkildə gördüyünüz şəxs - Bayramov Tural Polad oğlu 23 oktyabr 2013-cü il tarixində günorta saatlarında (məktəbdən gəldikdən sonra) yaşadığı mənzildən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən üzərində qara qəngli şalvar, eyni rəngdə gödəkcə və ağ rəngdə köynək olub. Dostları ilə son danışıqlarından onun Bakı şəhər Avtovağzalından Gəncə şəhərinə getdiyi ehtimal olunur. Onu görənlərdən Bakı şəhəri Xətai rayonu 35-ci polis bölməsinə ( 012379 37 02) və ya 055 551 29 41, 070 200 35 40 nömrələrinə zəng edilməsi xahiş olunur. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31