Ər arvadını qaynatasının evində bıçaqladı
Yaralı qadın xəstəxanaya, arvadını bıçaqlayan kişi isə təcridxanaya göndərilib
24 Oktyabr 2013 15:30 KriminalAğsu rayonunda ailə münaqişəsi zəmnində ər arvadını bıçaqlayıb. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən əmlumata görə, 1984-cü il təvəllüdlü Zeynal Əlisuvar oğlu Əliyev həyat yoldaşı, 1989-cu il təvəllüdlü Səadət Azər qızı Əliyevaya xəsarət yetirib. Ürəyindən bıçaq zərbəsi alan Səadət Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, hadisə Səadətin atasının M.Əzizbəyov küçəsindəki 3 saylı mənzildə baş verib. Kişinin əvvəllər də arvadı ilə mübahisələr etdiyi bildirilir. Ailənin 3 azyaşlı övladı var.
Hadisəni törədən Zeynal isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31