Ağzında narkotik maddə gizlətmək istədi
24 Oktyabr 2013 14:10 KriminalPenitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Süleyman İsmayıl oğlu Nuriyevin məhkəmədən müəssisəyə etapla daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun ağız boşluğunda gizlədilmiş şəffaf sellofana bükülmüş xalis çəkisi 1,17 qram narkotik maddə "marixuana" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.