Avtobus ana və balanı sürüdü
24 Oktyabr 2013 11:44 KriminalBu gün səhər saat 08:50 radələrində "Elmlər Akademiyası" metrostansiyasının qarşısındakı avtobus dayanacağında həyəcanlı anlar yaşanıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, azyaşlı qızını orta məktəbə aparan ana uşağı ilə birlikdə sürücünün səhvi nəticəsində az qala həyatdan məhrum olacaqdı.Belə ki, ana və qızı 59 saylı sərnişin avtobusuna minərkən sürücü qapıları bağlamadan maşını sürüb. Bu an qız və ana avtobusun qapılarından yerə yıxılıblar. Xoşbəxtlikdən onlar xəsarət almayıblar. Sürücü isə buna əhəmiyyət vermədən avtobusu sürüb gedib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31