Bakı metrosunda bomba həyəcanı yaradan şəxs tutuldu
Həminşəxs bundan əvvəl də eyni əməli törədib, lakin həmin vaxt həbs edilməyib
23 Oktyabr 2013 14:30 KriminalÖtən gün Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı 112 xidmətinə yalan məlumat verən şəxs həbs olunub.
Metronun "Nərimanov" stansiyasında gərginliyə səbəb olmuş zəng edən şəxs, Ağcabədi şəhər sakini 1993-cü il təvəllüdlü Cəbrayılov Nurlan Rəhman oğlu dünən axşam saatlarında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş başlanılıb.
Lenr.az-ın əldə etdiyi məlumata görə, N.Cəbrayılov bundan əvvəl də eyni əməli törədib, lakin həmin vaxt həbs edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31