Arzu Kazımov apellyasiya məhkəməsi qarşısında

Bu gün Bakı Apellyasiya məhkəməsində iş adamı Arzu Kazımovun məhkəmə prosesinin baxış iclası keçiriləcək. Milli.Az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, prosesdə məhkəmə baxışı istintaqsız aparılacaq.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib. Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1. 500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31