Bakı metrosunda bomba həyəcanı

Bakı metrosunda bomba yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasına partlayıcı qurğu yerləşdirilməsi barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparıb. Axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 15:40-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31