Fahişəliklə məşğul olan daha bir qadın tutulub
22 Oktyabr 2013 17:50 KriminalDaxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları qadınları fahişəliyə cəlb edən daha bir qadını yaxalayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Samilə Quliyeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib. S.Quliyeva saxlanılıb.
Saxlanılan qadın ətrafında araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31