Antalyadan Bakıya suvenir "beşbarmaq" gətirdi

Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından “beşbarmaq” aşkarlanıb

Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından "beşbarmaq" aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, gömrük əməkdaşları tərəfindən Azərbaycan vətəndaşı Elmar Gülməmmədova məxsus çamadana gömrük baxışı zamanı orada gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub.
İlkin araşdırma zamanı E.Gülməmmədov izahatında həmin "beşbarmağ"ı Antalya şəhərindən suvenir qismində aldığını bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən isə kustar üsulla hazırlanmış həmin əşya əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31