Bədbəxt hadisə bir ailəyə dəhşətli anlar yaşatdı
Ehtiyatsızlıq ailənin bir yaşlı uşağının ölümünə səbəb olub
22 Oktyabr 2013 12:09 KriminalÖtən gün Qusar rayonunda bədbəxt hadisə bir ailəyə dəhşətli anlar yaşatdı. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Həzrə kəndində 2012-ci il təvəllüdlü Albina Rahim qızı Butayeva pilləkəndən yıxılaraq ağır xəsarət alıb. Onu Qusar Mərkəzi rayon Xəstəxanasına aparsalar da, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31