Bakıda xuliqanlıqla məşğul olan dəstə tutulub

Əməliyyat tədbirləri nəticəsində Bakı sakinini döyməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

Bakıda xuliqanlıqla məşğul olan dəstə tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 15-i saat 11:30 radələrində M.Hadi küçəsində naməlum şəxslər Bakı şəhər sakini Qulu İsmayılovu xuliqanlıq zəminində döyüblər.
Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən Biləsuvar rayon sakini Samiq Qarayev və Bakı şəhər sakini Nicat Abbasov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31