Orxan Zeynalovun həbsindən apellyasiya şikayəti verildi
21 Oktyabr 2013 16:31 KriminalRusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun həbsi ilə bağlı apellyasiya şikayəti verilib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Prenensk Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Vəkil Viktor Anikuşinin təqdim etdiyi apelyasiya şikayətinə baxılma müddəti hələ təyin edilməyib. Bundan öncə məhkəmə Orxan Zeynalovun 2 aylıq müddətə, dekabrın 10-dək həbsi barədə qərar çıxarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31