Məhkuma əl telefonu ötürmək istədi

Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasınin təsərrüfat briqadasında saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4; 67.1 və 68.2 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Dmitriy Sergeyeviç Xaritonovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Rəna Hüseynovna Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əl çantasının daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia-C3-00" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31