Qusarda dəhşət

Arvad ərini doğrayıb öldürdü

İyulun 7-də Qusar rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə rayonun Ləgər-Qışlaq kəndində baş verib. Kənd sakini Ruhəngiz Ərzumanova ailə-məişət münaqişəsi zəminində əri Elşadı bıçaqla qətlə yetirib. Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ərzumanova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31