“Azərenerji”yə məxsus transformator yanıb

İmişli rayonu, Məhəmmədli kəndində "Azərenerji" ASC-yə məxsus transformatorda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə transformatorun  sarğıları və 6 kv.m sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31