Salyanda 6 otaqlı ev külə dönüb

Salyan rayonu, Sarvan kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31