Xaçmazda talvar yandı

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan talvar yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı talvarın dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və talvarın altına yığılmış istifadəsiz ev əşyaları 3 kv.m sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31