Ağcabədidə dəhşətli qətlin üstü açıldı

İtkin düşən Rafiq Qarayevi iki nəfər öldürüb kanala atıb

Ağcabədi rayonunda dəhşətli qətl hadisəsinin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 3-də baş verib. Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Rafiq Qarayev "VAZ-2107" markalı avtomaşınında evdən çıxıb və bir daha geri qayıtmayıb. Aparılan araşdırmalar zamanı Rafiq Qarayevin iyul ayının 4-də Mehdili kəndinin ərazisində Rəncbərlər kənd sakinləri Səbuhi Quliyev və onun bacısının əri Azər Rəhimov tərəfindən qısqanclıq zəminində boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib. Qatil qohumlar sonradan meyidi avtomaşınla birlikdə yaxınlıqdan keçən su kanalına atıblar. Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Quliyev və A.Rəhimov tutulublar. R. Qarayevin meyiti və avtomaşını sudan çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31