Bakıda Gürcüstan vətəndaşının meyiti tapılıb
21 Oktyabr 2013 12:42 KriminalBakı şəhərinin Sabunçu rayonu ərazisində naməlum kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ramanı qəsəbəsinin mərkəzi yolunun kənarında 35-40 yaşlı kişiyə məxsus meyitin olması barədə məlumat daxil olub. Məlum olub ki, küçədə ölən şəxs Gürcüstan vətəndaşıdır. Onun evsiz-eşiksiz olduğu və küçələrdə yaşadığı bildirilib.
Ölən şəxsin üzərindəki bütün sənədlər gürcü dilində olduğundan onun şəxsiyyətini hadisə yerindəcə müəyyənləşdirmək mümkün olmayıb. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31