FHN Sumqayıtda ticarət mərkəzində baş vermiş yanğınla bağlı ilkin məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı "Karvan" ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və nazirliyin digər xilasetmə qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.

***
Sumqayıtda "Karvan" Ticarət Mərkəzində baş verən yanğında xəsarət alaraq və zəhərlənmə ilə xəstəxanaya müraciət edən şəxslərin sayı məlum olub.

Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğında kəsilmiş xəsarət alan 4 nəfər onlara müraciət edib. Onlar Tural Əmrahov, Xaliq Məmmədov, Rövşən Dəmirov və Vəfa İsmayılovadır.

Yanğın zamanı həmçinin daha 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərə ilkin yardım göstərilib və evə buraxılıblar.
Xəstəxanadan həmçinin bildirilib ki, hadisə zamanı ölən və ağır xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31