Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabad rayonu, Zəngənə kəndində  vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan, 4 otaq və aynabənddən ibarət birmərtəbəli kürsülü evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, yanğın zamanı mənzilin mətbəxinin döşməsi 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31