Ağcabədidə dəyirman yanğından mühafizə edilib

Ağcabədi rayonu, Rəncbərlər kəndində yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı  vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m  olan un dəyirmanına bitişik tikilmiş ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Dəyirman yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31