İsmayıllıda içərisində ot olan tövlə yanıb
18 Oktyabr 2013 13:05 Kriminalİsmayıllı rayonu, Sədiyan kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlə də yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı tövlənin dam örtüyünun yanar konstruksiyaları və damına yığılmış 5 ton ot bağlamasının 4 tonu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31