Nərimanovda iki otaqlı mənzil yanıb

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 51 kv.m olan ikiotaqlı mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı mənzilin dam örtüyünün yanar konstruksiyaları 0,5 kv.m sahədə və damdan keçən elektrik kabeli 0,5 p.m yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31