Türkiyədə ağır yol qəzası: 30 yaralı

Türkiyənin paytaxtı Ankaranın Almadağ rayonu yaxınlığında 3-ü avtobus olmaqla 8 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb. Yaralılar Ankara və Kırıkkaledəki xəstəxanalara yerləşdiriliblər.
Yol qəzasına güclü yağışın səbəb olduğu bildirilir. Əzilən avtomobillərin yol kənarına çəkilməsindən sonra Ankara-Kırıkkale yolu nəqliyyatın hərəkəti üçün tam açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31