Bakıda gecə klubunda dəhşətli qətl

Bakının Binəqədi rayonu ərazisində daha bir qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Naxçıvani küçəsi 13 ünvanında yerləşən "Mack Club"da 1993-cü il təvəllüdlü Həsənov Ənvər Kamran oğlu 1989-cu il təvəllüdlü Məmmədzadə Səttar Fərman oğlunu bıçaqlayıb. S.Məmmədzadə ürək nahiyəsindən ağır xəsarət alıb və hadisə yerindəcə keçinib.
Hadisəni törədən 20 yaşlı oğlan qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31