Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
18 Oktyabr 2013 12:37 KriminalBakı şəhərinin Sabunçu rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Lent.az-ın məlumatına görə, Böyükşor qovşağında, metronun "Koroğlu" stansiyasının yaxınlığında 11 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobus "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə ilə bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31