Azərbaycanda polisə basqın olub: bir polis əməkdaşı öldürülüb, 3 nəfər yaralanıb
17 Oktyabr 2013 16:13 KriminalPolisə silahlı müqavimət göstərən şəxs radikal dini qruplaşmanın üzvü olub.
Ötən gün Qusar rayonunda baş verən silahlı insident zamanı güllə yarası alan polis əməkdaşlarının vəziyyəti ağır-stabildir. Bu barədə APA-ya Qusar Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib. Əməliyyat olunan Mövlud Əliyev və Cəmil Nəsirovun həyatları üçün təhlükə aradan qaldırılıb. Ayağından güllə yarası alan Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə ilkin tibbi yardımdan sonra isə ambulator müalicə üçün evə buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31