Dovğa qazanından əl telefonu çıxdı
17 Oktyabr 2013 14:27 KriminalPenitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4; 317-2.1 və 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nurlan Azər oğlu Sadıxzadənin yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Orxan İsmayıl oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı dovğa yeməyi olan qazanın içərisində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd "BlackBerry", 1 (bir) ədəd "Samsunq", 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatları, 1 (bir) ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş qulaqcıq və 2 (iki) ədəd mobil telefon aparatının elektrik qidalandırıcısının başlıqları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.