“Rexona”da narkotik maddə keçirmək istədi

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1; 228.1; 229.1 və 66.3 maddələri ilə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusif Əlibala oğlu Həşimova vətəndaş Anar Nuru oğlu Nərimanovun gətirdiyi sovqata baxış keçirilib. Baxış  zamanı  "Rexona" dezodorant qabının içərisində gizlədilmiş, sellofana bükülmüş, yaşıl rəngli, spesifik iyə malik, 2 ədəd bükümdə, xalis çəkisi 5.68 qr olan narkotik maddə qurudulmuş "marixuana" aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31