Təqsirləndirilən şəxsə marixuana ötürmək istədi
17 Oktyabr 2013 14:24 KriminalPenitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1963-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Fərhad Ramiz oğlu Əbdülrəhmanova vətəndaş Mehman Musa oğlu Ağayevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı dəri gödəkçənin astarının içərisində gizlədilmiş, sellofana bükülmüş, yaşıl rəngli, spesifik iyə malik, 1 (bir) ədəd bükümdə, xalis çəkisi 3.24 qr olan narkotik maddə qurudulmuş "marixuana" aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.