Qurban bayramı günlərində yol qəzasının statistikası açıqlandı

Qurban bayramı günlərində ölümlə nəticələnən yol qəzası baş verməyib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K.Əliyev bildirib ki, oktyabrın 15-i və 16-da Azərbaycan ərazisində cəmi 15 yol qəzası baş verib ki, bunun nəticəsində də 17 nəfər xəsarət alıb.
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı oktyabrın 15-i və 16-da keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31